Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu heyətinə qatdığı Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin qollarını paylaşıb.
Bizim.Media xəbər verir ki, son ölkə çempionu rəsmi feysbuk hesabında 25 yaşlı hücumçunun Azərbaycan millisində, "Qarabağ"da və Polşa "Legiya"sındakı qollarını yayımlayıb.
Qeyd edək ki, Mahir Emreli "Dinamo" ilə 4,5 illik sözləşməyə imza atıb.
Bizim.Media