Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Bizim.Media xəbər verir ki, günün ikinci matçında "Sumqayıt" “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, bu gün keçirilən ilk matçda “Zirə” öz meydanında “Səbail”i 4:0 hesabı ilə məğlub edib.
Bizim.Media