Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunları başa çatıb.
Bizim.Media xəbər verir ki, günün ilk qarşılaşmasında “Zirə” və “Səbail” üz-üzə gəlib. Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda 4:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, "Sumqayıt" doğma meydanda “Qəbələ”ni sınağa çəkəcək.
Qollar: Mohamed Hamdaui, 45+2, Broqno, 59, Keyta, 72, Broqno, 86
Bizim.Media