Ronaldo rekordları alt-üst edir

Mövsümə uğurlu start verən Kriştiano Ronaldo "Real"ın formasını geyindiyi 11 rəsmi qarşılaşmada 17 qola imza atıb.

ANS PRESS-in məlumatına görə, bu mövsüm sadəcə "Real Sosyedad"a 2:4 hesabı ilə yenildikləri matçda forma geyinməyən portuqaliyalı 6 La Liqa matçında 13 dəfə fərqlənib.

Ronaldo UEFA Super Kuboku və Çempionlar Liqasının hər birində 2 qola imza atıb. Son 3 ildi "Real" forması ilə rekordları alt-üst edən futbolçu 17 qolla ən uğurlu mövsüm başlanğıcını edib. O, 2012/13 mövsümünün eyni dönəmində 14, FIFA-nın "Qızıl top" mükafatını qazandığı 2013/14 mövsümündə 9 qol vurmuşdu.

16 komandadan daha artıq...

La Liqada 25 qol vuran "Real"ın 13 qolunda imzası olan Ronaldo 20 klubun çıxış etdiyi çempionatın 16 təmsilçisindən daha məhsuldar olub. Sadəcə "Barselona" (19) və "Valensiya"dan (17) az qol vuran portuqaliyalı rəqib qapılarından "Sevilya" ilə eyni sayda top keçirib. Kriştiano 7 turdan sonra "Atletiko", "Selta", "Vilyarreal", "Espanyol", "Eybar", "Almeriya", "Malaqa", "Rayo Vallekano", "Qranada", "Xetafe", "Real Sosyedad", "Elçe", "Levante", "Atletik", "Kordoba" və "Deportivo"dan daha çox fərqlənib.

Het-trik kralı

Ronaldo "Atletik" matçında vurduğu 3 qolla La Liqada 22-ci het-trikini edərək İspaniyanın futbol əfsanələrindən olan Alfredo Di Stefano və Telmo Zarranın rekorduna şərik çıxıb. Bu mövsüm "Atletik" matçından başqa "Deportivo" ilə oyunda da 3 qol vuran futbolçu "Elçe"nin qapısına 4 qol vurub.

ÇL-də rekorda bir addım gəldi

Ronaldo Çempionlar Liqası tarixinin ən çox qol vuran oyunçusu olmağa çox yaxındı. Belə ki, o, turnirdə daha iki qol vuracağı halda Raulun rekorduna şərik çıxacaq - 71 qol. Ronaldodan sonra bu rekorda iddia edən Lionel Messi indiyədək Çempionlar Liqasında 68 qola imza atıb.

Portuqaliyalı həmçinin "Real" tarixinin ən çox qol vuran futbolçu olmağa da iddialıdı. Hələlik bu rekordu əlində saxlayan Raul "Kral Klubu"nun forması ilə 323 dəfə fərqlənib. 269 qol vuran Ronaldo Alfredo di Stefano (321) və Karlos Santillanadan (289) sonra 4-cü yeri tutur. 

Millinin bombardiri

Ronaldo həm də Portuqaliya millisinin ən məhsuldar futbolçusudu. 2003-cü ildə milli formanı geyinən futbolçu 115 oyunda 50 dəfə fərqlənib. Ona karyerasını davam etdirənlər arasında ən yaxın olan oyunçu Helder Poştiqadı - 27 qol.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Şahed" dronu Kiyevdə 16 mərtəbəli yaşayış binasına çırpıldı – VİDEO

"Şahed" dronu Kiyevdə 16 mərtəbəli yaşayış binasına çırpıldı – VİDEO

Dördüncü qızı doğuldu

Dördüncü qızı doğuldu

ABŞ öhdəliklərini yerinə yetirsə, İran dərhal… – Pezeşkian

ABŞ öhdəliklərini yerinə yetirsə, İran dərhal… – Pezeşkian

ŞƏT-ə sədrlik Pakistana TƏHVİL VERİLDİ

ŞƏT-ə sədrlik Pakistana TƏHVİL VERİLDİ

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır -Azərbaycan hazır olmalıdır

İntensiv yağışlardan daha təhlükəli havalar başlayır -Azərbaycan hazır olmalıdır

Məktəbdə insident: 7-ci sinif şagirdi fizika müəlliminə bıçaqla hücum etdi - VİDEO

Məktəbdə insident: 7-ci sinif şagirdi fizika müəlliminə bıçaqla hücum etdi - VİDEO

Tahir Şıxəliyev Türkiyədə keçirilən “Art Beyond Time” beynəlxalq sərgisində əsərlərini təqdim edib – FOTO

Tahir Şıxəliyev Türkiyədə keçirilən “Art Beyond Time” beynəlxalq sərgisində əsərlərini təqdim edib – FOTO

Kişi həyat yoldaşını girov götürərək qətlə yetirdi

Kişi həyat yoldaşını girov götürərək qətlə yetirdi

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan 46 cinayətin üstü açılıb

"ŞƏT plyus" sammitindən YENİ FOTOLAR

"ŞƏT plyus" sammitindən YENİ FOTOLAR

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verilir – VİDEO

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verilir – VİDEO

Mehdibad sakinləri üfunətdən gileylənirlər - VİDEO

Mehdibad sakinləri üfunətdən gileylənirlər - VİDEO

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

İlham Əliyev: “Azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirirəm”

İlham Əliyev: “Azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirirəm”

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

İlham Əliyevdən Slovakiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Slovakiya Prezidentinə MƏKTUB

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı

Ötən ay nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

Ötən ay nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

Prezident Bişkekdə Narendra Modi ilə görüşdü – FOTO

Prezident Bişkekdə Narendra Modi ilə görüşdü – FOTO

“ŞƏT plyus” sammitində liderlər birgə foto çəkdirdilər – VİDEO

“ŞƏT plyus” sammitində liderlər birgə foto çəkdirdilər – VİDEO

Ceyhun Bayramov Əraqçi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov Əraqçi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO -VİDEO

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO -VİDEO

End of content

No more pages to load

RADİO