Qırğızıstan Prezidenti Sadır Japarov adsız dağ zirvəsinə “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adını verib.
Bizim.Media xəbər verir ki, S.Japarov bununla bağlı Fərman imzalayıb və bu qərar təşkilatın 25 illiyinə həsr edilib.
Məlumata görə, ölkənin Çuy vilayətində “Ala-Arça” dövlət parkında yerləşən 4050 metr hündürlüyə malik adsız dağ zirvəsinə “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verilib.
Xatırladaq ki, bu gün Qırğızıstanda Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti başlayıb.
Bizim.Media