TV8 kanalının rəhbəri, məşhur aparıcı Acun Ilıcalının sahibi olduğu İngiltərənin "Hall Siti" klubu Çempionşipdə 27-ci tur oyununa çıxıb.
Bizim.Media xəbər verir ki, komanda səfərdə "Bornmut"la qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu qələbə ilə xalını 29-a yüksəldən "Hall Siti" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.
"Bornmut" isə 49 xalla 2-cidir. Siyahıya 57 xalla "Fulhem" başçılıq edir. (Qol.az)
Bizim.Media