Azərbaycanın futzal üzrə milli komandası bu gün Avropa çempionatının final mərhələsində mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, D qrupunda mübarizə aparan millimiz ilk oyununda Gürcüstana 2:3 hesabı ilə uduzub.
Qol: Elisandro, 9:31. Arçil Sebiskveradze, 26:54. Tales Feyto, 31:30-pen – Rafael Vilela, 5:14; 6:26.
Qeyd edək ki, Azərbaycan millisi D qrupundakı ikinci oyununu yanvarın 26-da İspaniyaya qarşı keçirəcək.
Bizim.Media