Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev müxtəlif növlər üzrə (şose, trek, dağ velosipedi və BMX) yığma komandaların baş məşqçiləri ilə görüşüb.
Federasiyasının Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, toplantıda velosiped idmanında yüksək nailiyyətlərin əldə olunması yollarını müzakirə edilib.
Mədət Quliyev baş məşqçilərə bununla bağlı təlimatlar verib.
Bizim.Media