Futzal üzrə Azərbaycan milli komandasının üzvüləri Qallo və Rövşən Hüseynli koronavirusa yoluxublar.
Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, onların COVID-19 testlərinin nəticəsi pozitiv olub. Hər iki futzalçıdan PCR testi götürülüb. Bu testin nəticəsi sabah - yanvarın 22-də, səhər saatlarında açıqlanacaq.
Əgər PCR testin nəticəsi neqativ çıxarsa, sözügedən futzalçılar Gürcüstanla oyunda iştirak edə biləcək.
Onlar hazırda qaldıqları oteldə karantinə alınıblar və oyunöncəsi məşqdə iştirak etməyəcəklər.
Qeyd edək ki, Niderland Krallığının mövcud qanunlarına görə, karantin müddəti 7 gündür.
Bizim.Media