Cüdoda qaydalar DƏYİŞDİ – Yeni qadağa və cərimələr tətbiq olunacaq

Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti olimpiya dövrü (2022-2024) üçün cüdo idman növü üzrə yeni qaydalar tətbiq edib.

Bizim.Media Azərbaycan Cüdo Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, yeni yarış qaydalarına əsasən, bəzi əks fəndlərdə qiymətləndirmə olmayacaq və bir sıra hallarda cüdoçular kəmərdən aşağı tutmalardan da istifadə edə biləcəklər.

Eyni zamanda, bəzi fəndləri əks tərəfə tətbiq etdikdə qiymətləndirilməyəcək.

İdmançıları qorumaq məqsədi ilə yarış zamanı qanaxma zədəsi iki dəfə həkimin göstərişi ilə müayinə edilə bilər. Həkimin eyni yerdən qanaxmaya müdaxiləsinə yenidən ehtiyac yaranarsa, hakim rəqibi qalib elan edəcək.

Bundan əlavə, kəmərin və saçın düzəldilməsinə bir dəfə icazə verilir, ikinci dəfə bu hal icazəsiz təkrar olunursa, bu hərəkət şido (xəbərdarlıq) ilə cəzalandırılacaq. Eləcə də, cüdoqi (cüdoçunun yarış paltarı) qaydalara uyğun olmazsa, idmançı yarışdan kənarlaşdırılacaq.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatında iştirak üçün idmançı böyüklər arasında reytinq cədvəlində ilk 100-lükdə olmalıdır. Eyni zamanda, gənc idmançılar arasında ilk 16-lıqda olan atletlər də böyüklər arasında dünya çempionatına buraxılacaq. İndiyə qədər belə bir məhdudiyyət yox idi.

2024-cü il üçün Olimpiya Oyunlarının təsnifat mərhələsi 2022-ci il iyunun 24-də başlayacaq və 23 iyun 2024-cü ildə başa çatacaq.

Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün dünya reytinq sıralamasında ilk 17-likdə yer almaq lazım olacaq. İlk 17-likdə eyni ölkədən iki idmançı yer alarsa, onlardan Olimpiya Oyunlarında yalnız biri iştirak edə bilər və bu zaman sıralamaya uyğun olaraq, ilk 17-likdə təmsilçisi olmayan və reytinqdə növbəti ən yüksək yerdə olan ölkənin idmançısı lisenziya əldə edəcəkdir. Bundan başqa, qitələrə müvafiq kvotalar da ayrılacaq və idmançı bu kvotalar üzrə də Olimpiya Oyunlarına lisenziya əldə edə bilər.

Yeni yarış və idman qaydaları 28-30 yanvar 2022-ci ildə keçiriləcək Portuqaliya Qran Prisindən etibarən tətbiq edilməyə başlanacaq.
Yeni qaydalar daxili yarışlarda 2022-ci ilin mart ayından etibarən tətbiq ediləcək.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sakinlər ət məhsulları emalı müəssisəsinin fəaliyyətindən şikayətçidirlər - VİDEO

Sabiq baş məşqçi vəfat etdi

Sabiq baş məşqçi vəfat etdi

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Litva və Ukrayna birgə dron komponentləri İSTEHSAL EDƏCƏK

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

Rəsmi Bakı AQEM-in Zirvə Görüşünün əsas nəticələrini AÇIQLADI - FOTO

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

"Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: "Dedilər ki, bunlar mafiyadır"

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

Trampdan ETİRAF: “Ciddi problemlərim var”

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

İstanbulda sel bölgəsində qalan 3 mindən çox insan XİLAS EDİLDİ

Vüsal İsgəndərlinin komandası xal itirdi

Vüsal İsgəndərlinin komandası xal itirdi

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

Peskov: “Rusiya Qərbə acıq vermək üçün deyil, öz maraqları naminə hərəkət etməlidir”

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

“Ürəyi gül kimi idi, yıxılıb başı betona dəyib” - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Alimlər qədim insanın ölümünün sirrini açdı - TARİXİ SÜBUT - VİDEO

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Navai Qazaxıstanda məhbuslara işgəncə ilə tanınan təcridxanaya yerləşdirildi

Üç bürc üçün uğurlu dövr başlayacaq

Üç bürc üçün uğurlu dövr başlayacaq

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

Volkswagen-dən TƏCİLİ ADDIM: Minlərlə avtomobil geri çağırılır

End of content

No more pages to load

RADİO