FİFA 2021-ci ilin ən yaxşı məşqçisinin adını elan edib.
Bizim.Media xəbər verir ki, "Çelsi"nin baş məşqçisi Tomas Tuhelin ötən ilin ən yaxşısı seçilib.
O, 2021-ci ildə "Çelsi" ilə Çempionlar Liqası və Avropa Superkubokunu qazanıb.
Qeyd edək ki, bu mükafata digər namizədlər Roberto Mançini (İtaliya millisi) və Pep Qvardiola ("Mançester Siti") idi.
Bizim.Media