Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Payız fəslinin başlamasına baxmayaraq, havaların isti keçməsi iqlim dəyişiklikləri ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Sentyabr və oktyabr aylarında temperaturun yüksək olması, eləcə də isti havaların daha uzun müddət davam etməsi bir sıra amillərlə əlaqələndirilir.

Bu ilin oktyabr ayında da Bakıda 26, bölgələrdə isə 30 dərəcəyədək isti ilə qeydə alınıb.

Havanın temperaturu iqlim norması ilə müqayisədə 9 gün normadan yuxarı, 3 gün normadan aşağı, 1 gün isə normaya yaxın olub. Oktyabrın 13-də temperatur normadan 5 dərəcə yuxarı qeydə alınıb.

Bəs payız aylarında temperaturun yüksəlməsinə hansı proseslər təsir göstərir və qarşıdakı dövrdə bizi hansı hava şəraiti gözləyə bilər?

Bizim.Media xəbər verir ki, məsələ ilə bağlı News24.az-a danışan iqlimşünas və ekoloq Məhərrəm Mehdiyev bildirib ki, havaların mövsümə uyğun olmayan dərəcədə isti keçməsini yalnız təsadüfi hadisə kimi qiymətləndirmək düzgün olmaz. 

Onun sözlərinə görə, bu cür proseslərin elmi izahları da mövcuddur:

"Yer kürəsinin iqlim tarixində uzunmüddətli buzlaşma və istiləşmə mərhələləri müşahidə olunub. Bəzi elmi yanaşmalara əsasən, hazırkı dövr buzlaşma mərhələləri arasındakı daha isti dövrlə əlaqələndirilir. Bu proseslərin davam etməsi temperatur göstəricilərinə, o cümlədən payız aylarında müşahidə olunan hava şəraitinə təsir göstərə bilər.

Bu proses təxminən 40-50 il belə davam edəcək. Orta temperaturun yüksəlməsi fonunda sentyabr və oktyabr aylarında, hətta noyabrda da nisbətən isti havalar müşahidə oluna bilər".

İqlimşünas, həmçinin El-Ninyo hadisəsinin qlobal temperatur dəyişikliklərinə təsirini vurğulayıb.

O, bildirib ki, Sakit okeanın ekvatorial hissəsində okean səthinin temperaturunun yüksəlməsi ilə xarakterizə olunan El-Ninyo atmosfer dövranına təsir göstərərək dünyanın müxtəlif bölgələrində hava şəraitində dəyişikliklərə səbəb ola bilər:

"Bu hadisənin təsirləri atmosfer proseslərindən və hava kütlələrinin hərəkət istiqamətindən asılı olaraq müxtəlif regionlarda fərqli şəkildə özünü göstərə bilər. Avropada müşahidə olunan yüksək temperatur göstəriciləri fonunda oxşar hava şəraitinin digər ərazilərdə də yaranması ehtimalı istisna edilmir. İsti hava kütlələrinin Azərbaycana doğru hərəkəti baş verərsə, ölkədə də temperaturun yüksəlməsi mümkündür. Bununla belə, havanın necə dəyişəcəyi atmosfer dövranı, hava cərəyanlarının istiqaməti və digər meteoroloji amillərdən asılıdır"

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Tramp: “Zelenski Ukraynanı məhv etdi"

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Güləşçimiz dünya çempionatında gümüş medal QAZANDI

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Şəhid bilib morqa apardılar, 3 gün sonra gözlərini AÇDI – Qazinin möcüzəvi HƏYAT HEKAYƏSİ – FOTO

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

“1979-dan bəri belə çətinliklə üzləşməmişik”

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO

Xırdalanda məktəbin şüşələrini sındıran şəxs HƏBS EDİLDİ – FOTO

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Milli Məclis: “Xarici aktorların Azərbaycana qarşı hibrid hücumlarının miqyası xeyli artıb”

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Avro və rubl bahalaşdı, dollar isə... – YENİ MƏZƏNNƏ

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Mətbuat Şurasının IX qurultayı KEÇİRİLİR - FOTO

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Xırdalan, Masazır və Sarayda işləməyən SVETOFORLAR - Qəza riskinə görə kim cavabdehdir?

Bu da İlon Maskın uçan maşını – VİDEO

Bu da İlon Maskın uçan maşını – VİDEO

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Kürdəmirdə yük maşınlarının iştirakı ilə AĞIR QƏZA – Ölən var – FOTO

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Azərbaycana gözlənilməz hava gəldi: 50 il davam edəcək

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Bakının bəzi əraziləri işıqsız qalacaq – ÜNVANLAR

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Müğənnilərin toy qazancı vergiyə cəlb olunub? - RƏSMİ AÇIQLAMA

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Vətən müharibəsinin xronikası: 16 oktyabr – VİDEO

Lautaro Martines ZƏDƏLƏNDİ

Lautaro Martines ZƏDƏLƏNDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi DƏYİŞDİRİLDİ

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Goranboyda 17 yaşlı oğlanı maşın vurdu

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Stas Pokatilov ÇL-də rəmzi komandaya düşdü

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Husilər Yəməndə prezident sarayını vurdular - VİDEO

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Haaland ÇL-də Messiyə məxsus 2 rekordu YENİLƏDİ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

Bakının iki rayonunda İŞIQ OLMAYACAQ

End of content

No more pages to load

RADİO