FİFA 2020-ci ilin ən yaxşı qadın məşqçisinin adını açıqlayıb.
Bizim.Media bildirir ki, mükafatın sahibi Sarina Viqman (Niderland, milli komanda) olub.
O, İsveçrənin Sürix şəhərində təşkil olunan onlayn mükafatlandırmada qalib kimi təqdim edilib. Mütəxəssis Emma Hayes (İngiltərə, “Çelsi”) və Jan-Lyuk Vassoru (Fransa, “Lion”) arxada qoyub.
Qeyd edək ki, milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermə ilə müəyyənləşən mükafatın ötənilki qalibi ABŞ millisinin çalışdırıcısı Jil Ellis olub. (apasport)
Bizim.Media