“Qarabağ”ın hücumçusu Musa Qurbanlı legioner həyatı yaşaya bilər.
Bizim.Media “Fotomaç”a istinadən xəbər verir ki, “Beşiktaş” 20 yaşlı forvardın xidmətində maraqlıdır.
Vaxtilə “Qarabağ”da fəaliyyət göstərmiş İstanbul təmsilçisinin baş məşqçisi Önder Karaveli gənclər millimizin üzvünü komandaya gətirmək istəyir.
Çalışdırıcının Qurban Qurbanovun oğlu üçün “Qarabağ” rəsmiləri ilə danışıqlar apardığı iddia olunur.
Qeyd edək ki, Musa Qurbanlı bu mövsüm Premyer Liqada keçirdiyi 8 oyunda 6 qol vurub.
Bizim.Media