Fransa çempionatının 21-ci turunda lider PSJ "Brest"in qapısına 2 cavabsız qol vurub.
Bizim.Media xəbər verir ki, Paris klubunda fransalı hücumçu Kilian Mbappe və alman müdafiəçi Tilo Kehrer fərqlənib.
PSJ 50 xalla turnir cədvəlinə başçılıq edir. Brest (25 xal) 13-cü yerdədir.
Fransa çempionatı, 21-ci tur
PSJ - Brest - 2։0
Kilian Mbappe, 32, Tilo Kehrer, 53
Bizim.Media