İngiltərə Premyer Liqasının 22-ci turunun "Tottenhem" - "Arsenal" matçı təxirə salınıb.
Bizim.Media xəbər verir ki, "Arsenal"ın futbolçularında koronavirus aşkarlanıb.
Həmçinin, bir neçə futbolçu da zədəli olduğunda Premyer Liqa rəhbərliyi "Arsenal"ın müraciəti əsasında matçın başqa tarixə keçirilməsinə qərar verib.
Qeyd edək ki, görüş sabah oynanılmalı idi.
Bizim.Media