Atıcılıq üzrə Azərbaycan milli komandasının üzvü Ruslan Lunyov beynəlxalq turnirin qalibi olub.
Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Atıcılıq Federasiyası məlumat yayıb.
İdmançımız Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri turnirində pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma yarışında qızıl medal qazanıb.
Bizim.Media