''Fənərbaxça''da koronavirusa yeni yoluxma faktı aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə ''Fənərbaxça'' kollektivinin növbəti dəfə COVİD-19 testindən keçməsi nəticəsində işçilərdən birinin göstəricisinin müsbət çıxdığı bildirlib.
Həmin şəxsin adı açıqlanmayıb. Lakin onun dərhal karantinə alındığı söylənilib. Komandanın məşq bazası isə dezinfeksiya olunub.
Bizim.Media