Tovuz rayonunda intihar hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Böyük Qışlaq kənd sakini, 1998-ci il təvəllüdlü H.Həsənov yaşadığı evdə odlu silahla özünə atəş açaraq intihar edib.
Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.
Məqsəd Rəhimov, Bizim.Media