Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Legiya"nın yeni baş məşqçisi Aleksandr Vukoviç bu gün oyunçumuzla görüşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə klubun sosial media hesabında bildirilib.
Baş məşqçi azarkeşlərin hücumu nəticəsində xəsarət almış hücumçu ilə son hadisələri müzakirə edəcək.
Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın 18-ci turda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib.
Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.
Bizim.Media