Böyük Britaniyanın UCL Universitetinin pofessoru, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) magistrantlar və doktorantlarının elmi rəhbəri Maykl Pol Luzmor Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) qonağı olub.
AzVİF-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, idman tibb sahəsi üzrə dünyanın tanınmış mütəxəssislərindən sayılan britaniyalı qonaq müdafiə sənayesi naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyev və məşqçilərlə görüşərək fikir mübadiləsi aparıb.
Görüş zamanı britaniyalı qonaq idmançı və məşqçi heyətini maraqlandıran sualları cavablandırıb.
Bizim.Media