Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışlarına start verilir.
Bizim.Media-nın məlumatına görə, yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Ölkəmizi güləşin bu növündə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.
Artıq püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Yarışa dekabrın 18-də yekun vurulacaq.
Bizim.Media