Yevlaxda xəsarətlə nəticələnən yol qəzası olub.
Bizim.Media xəbər verir ki, hadisə Yevlax-Bərdə avtomagistralında baş verib.
Qeydə alınan avto qəza nəticəsində iki nəfər Hüseyn Hüseynov və Onur Salmanov müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.
Daha sonra onların durumlarının ağırlığı səbəbindən paytaxt klinikalarında birinə köçürülüb.
Ehtiram Muradov, Bizim.Media