Azərbaycan Premyer Liqasının XIV tur çərçivəsində “Neftçi” klubu “Qəbələ” ilə keçirəcəyi matça ciddi itkilərlə çıxacaq.
Bizim.Media xəbər verir ki, zədəli qapıçı Aqil Məmmədov, müdafiəçi Mamadu Mboc, yarımmüdafiəçilər Sezar Meza Kolli ilə Xorxe Korrea matçı buraxacaqlar.
Məşq zamanı əzələsini dartan Yusuf Lavalın və temperaturu yüksək olan Romen Baskın durumu isə hələlik bəlli deyil.
Qeyd edək ki, “Qəbələ”-“Neftçi” matçı dekabrın 15-də keçiriləcək.
Bizim.Media