Avropa ölkələrinin 2021/2022 mövsümü üçün UEFA reytinqindəki mövqeyi açıqlanıb.
Bizim.Media "Footboom" nəşrinə istinadən xəbər verir ki, avrokuboklarda qrup mərhələsinin V turunadək olan nəticələrin nəzərə alındığı siyahıda Azərbaycan hazırda 3,875 xalla 22-ci pillədə qərarlaşıb.
Azərbaycan bu mövsümdəki göstəricilərinə görə ümumi reytinqdə özündən xeyli irəlidə olan Şotlandiya, Rusiya və Ukrayna kimi ölkələri qabaqlayıb.
Qeyd edək ki, ilk "üçlük"də Niderland (9,400), İngiltərə (8,285) və Fransa (7,916) qərarlaşıb.
Bizim.Media