Barselona şəhərinin rəhbərliyi Fransanın PSJ komandasının və Argentina millisinin 34 yaşlı hücumçusu Lionel Messiyə məxsus oteli sökmək qərarına gəlib.
Bizim.Media “El Confidencial” nəşrinə istinadən xəbər verir ki, otel Camp Nou stadionunun yanında yerləşir.
Mənbə yazır ki, 2017-ci ildə Messi otelinin alınmasına 30 milyon avro xərcləyib.
O, şəhər rəhbərliyinin binanı tikinti qaydalarına uyğun gəlmədiyi üçün sökmək qərarına gəldiyini bilmirmiş.
Bizim.Media