"Həqiqətən "Bazel"lə nəticə hamımızı maraqlandırır. Səfərə yaxşı oyun göstərmək üçün gedirik”.
Bizim.Media xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
“İnanıram ki, futbolçularımız yaxşı oyun göstərəcək. Bütün matçlarda çalışıblar ki, nəticə yox, oyun baxımından da yaxşı olsunlar. Bu dəfə də daha istəkli olmaq, oyun planında üstün olmağa çalışacağıq. Çox istərdik ki, sonadək mübarizə aparaq", deyə o, qeyd edib.
Bizim.Media