"Keşlə" və "Səbail" komandaları arasında Azərbaycan Premyer Liqasının XIII turunun açılış oyunu 1 dəqiqəlik sükutla başlayıb.
Bizim.Media xəbər verir ki, start fitindən öncə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişən hərbçilərin xatirəsi anılıb.
Noyabrın 30-da baş vermiş hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.
Bizim.Media