Misirin futbol üzrə aşağı liqasının "Əl-Maqda" - "Əl-Zarka" oyununda faciəvi hadisə yaşanıb.
Bizim.Media xəbər verir ki, görüşün 93-cü dəqiqəsində “Əl-Maqda” 1:0 hesabı ilə önə keçib.
Bu zaman qələbə qoluna sevinən məşqçi Ədhəm Əl-Selhedar sevincindən huşunu itirərək yıxılıb.
Ürək tutması keçirən məşqçi xəstəxanaya aparılıb. Onun öldüyü bildirilib.
"Əl-Maqda" bu səbəbdən 3 günlük matəm elan edib.
Bizim.Media