İtaliyanın əfsanəvi futbolçusu Paolo Rossi 64 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə onun həyat yoldaşı Federika Kappelletti məlumat verib.
Kappelletti bildirib ki, futbolçu müalicəsi mümkün olmayan xəstəlikdən dünyasını dəyişib.
Qeyd edək ki, Rossi 1982-ci Dünya Çempionatının qalibi, eyni zamanda 6 qolla bombardiri olub. Elə həmin il “Qızıl top”a layiq görülüb. Paolo Rossi 340 oyunda 134 qola imza atıb.
Bizim.Media