Polşa millisinin və Almaniya "Bavariya"sının hücumçusu Robert Levandovski 2021-ci ilin ən yaxşı futbolçusu seçilib.
Bizim.Media-nın məlumatına görə, 33 yaşlı hücumçu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) versiyasına əsasən bu ada yiyələnib.
Təcrübəli forvard 150 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina yığmasının və Fransa PSJ-sinin ulduz futbolçusu Lionel Messi 105 xalla ikinci, İtaliya millisinin və İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Jorjinyo 40 xalla üçüncü olub.
Bizim.Media