Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə təhsil sisteminin dünyəvilik prinsiplərindən uzaqlaşdırılması, dini icma və fondların ictimai həyata təsir imkanlarının genişlənməsi, uşaqlara qarşı istismarla bağlı qalmaqallar mütəmadi hal alıb.

Bir tərəfdən dini dəyərlər, əxlaq və ənənələr siyasi ritorikanın əsas elementlərinə çevrilir, digər tərəfdən isə uşaqlar istismarı, təhsil hüququnun pozulması və erkən nikah kimi problemlər gündəmdən düşmür.

Belə bir mənzərə fonunda Türkiyədəki siyasi dairələrin Azərbaycanın dünyəvi təhsil modelinə və məktəbli forması qaydalarına irad bildirməyə çalışması xüsusilə tragikomik görünür.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə azərbaycanlılara qarşı yaradılan BÜROKRATİK ÇƏTİNLİKLƏR – ARAŞDIRMA


Məktəbdən təriqət yataqxanasına: uşaqlar hansı şəraitdə böyüyürlər?

Türkiyədə qanunvericilik 12 illik məcburi təhsili nəzərdə tutur. Bununla belə, dini icmaların nəzarətində olan yataqxana və kursların fəaliyyətində bu məqam çox vaxt gözardı edilir.

Xüsusilə aztəminatlı ailələrin uşaqları belə risklər qarşısında daha həssas vəziyyətdədirlər. Dövlət yataqxanalarının çatışmazlığı, ailələrin maddi imkanlarının məhdudluğu və sosial dəstək mexanizmlərinin yetərsizliyi bəzi uşaqların dini icmaların nəzarətindəki yaşayış müəssisələrinə yönəlməsinə şərait yaradır.
 

İsmailağa, Süleymancılar və Menzil kimi dini şəbəkələrlə əlaqəli strukturlar bu məsələdə xüsusilə ön plana çıxırlar. Beləcə, 11-13 yaşlı uşaqların böyük hissəsi qanunsuz olaraq dünyəvi təhsildən təcrid olunur, yalnız dini qəliblərə məhkum edilir.


Ən təəssüf doğuran məqam isə dövlətin buna yol açmasıdır. Belə ki, Türkiyə Milli Təhsil Nazirliyi müxtəlif dini fond və dərnəklərlə əməkdaşlıq protokolları imzalayaraq məktəblilərin təriqətlərin əlinə düşməsinə yaşıl işıq yandırır.

Ensar qalmaqalı: dini nüfuz uşaqların hüquqlarından üstün tutulanda

Türkiyədə uşaqların müdafiəsi ilə bağlı ən səs-küylü hadisələrdən biri Ənsar Vəqfi ilə əlaqəli yataqxanada baş vermiş cinsi istismar işi olub. Belə ki, 2012-2015-ci illərdə Türkiyənin Karaman vilayətində Ənsar Vəqfi və İmam Hatip Liseyi Məzunları Dərnəyinə aid yataqxanalarda qalan 45 oğlan uşağı təcavüzə məruz qalıb.

Hadisə ölkədə geniş ictimai etiraz doğurdu və dövlətin uşaqların müdafiəsi sahəsindəki məsuliyyətsiz yanaşmasını üzə çıxardı. Məsələ ifşa olduqdan sonra yalnız bir şəxs – 54 yaşlı müəllim Məhərrəm Böyüktürk həbs olundu. Ensar Vəqfinin rəhbərliyinə qarşı isə hər hansı tədbir görülmədi.

Qalmaqalın siyasi yaddaşda qalmasının əsas səbəblərindən biri də dövrün ailə və sosial siyasət naziri Sema Ramazanoğlunun açıqlaması idi. O, hadisə ilə bağlı çıxışında “Bir dəfədən bir şey olmaz. Bir hadisəyə görə Vəqfi qaralamaq üçün səbəb ola bilməz” deyə bildirmişdi. İctimaiyyətin haqlı və kəskin reaksiyasına səbəb olan bu yanaşma uşaqların müdafiəsi məsələsində faktiki olaraq dövlətin ideoloji yanaşmasını ortaya qoymuşdu.  

Təcavüzə uğrayan uşaqlara təhdid
 

2024-cü ildə Bursa vilayətində İsmailağa icmasına Uluçınar dərnəyinə məxsus yataqxanalı Quran kursunda qalan 10-12 yaşlı azı beş uşağın cinsi istismara məruz qaldığı üzə çıxdı. Uşaqlar kursda qalan 16 yaşlı yeniyetmənin zorakılığına məruz qalmışdılar.


Hadisənin ən ağır tərəflərindən biri uşaqların baş verənləri gizlətməyə sövq edildiklərinin üzə çıxması idi. Təriqət rəhbərliyi azyaşlıları “əgər kiməsə desəniz, kursunuz bağlanar” sözləri ilə təhdid edərək məsələnin üstünü örtbasdır etməyə çalışıblar. Üstəlik, ailələr məsələdən xəbər tutan kimi hüquq-mühafizə orqanlarına məlumat versələr belə, rəsmilər də vəziyyəti gizlətməyə cəhd ediblər.

Sonradan faktla bağlı istintaq başlasa da, barəsində ittihamlar olan kurs rəhbərliyi və təriqət nümayəndələrinin heç biri cəza almayıb.

Erkən nikahlar və uşaqların pozulan hüquqları

Türkiyədə erkən nikah problemi uşaq hüquqlarının pozulması istiqamətində ən çox rast gəlinən hallardır. Xüsusilə də, Dəyanət İşləri Nazirliyinin azyaşlıların nikahı ilə bağlı dini-hüquqi izahları cəmiyyətin sərt narazılıqlarına səbəb olub. Xüsusilə 9 yaşlı qız uşaqlarının evlənə və ana ola biləcəyi barədə Nazirliyin dərc etdiyi kitablarda əks olunan məlumatlar geniş etiraz doğurmuşdu.
 

Diyanət İşləri Nazirliyi dörd il sonra - 2022-ci ildə öz açıqlamasını təkzib edərək erkən və məcburi nikahların qəbuledilməz olduğunu bəyan etsə də, bu arxadan atılan daşdan başqa bir şey deyildi.


Qeyd edək ki, 2015-ci ildə Türkiyə Konstitusiya Məhkəməsi rəsmi nikah olmadan dini nikah mərasimi keçirilməsinə görə cəza nəzərdə tutan müddəaları ləğv etdi. 2017-ci ildə qəbul edilən qanunla isə Türkiyədə vilayət və rayon müftiliklərinə rəsmi nikah bağlamaq səlahiyyəti verilib. Bütün etirazlara baxmayaraq Türkiyə Konstitusiya Məhkəməsi 2018-ci ildə bu müddəanın ləğvi tələbini rədd edib.

Sözügedən dəyişikliklər faktiki olaraq, 13-14 yaşlı qızların heç bir rəsmi nikah olmadan mollalar tərəfindən kəbinlərinin kəsdirilməsinə yaşıl işıq yandırdı. Çünki bu əməli törədənlər artıq heç bir cinayət məsuliyyətinə cəlb olunmurlar.  

Daha bir dəhşətli məqam isə ondan ibarətdir ki, AKP hökuməti 2016-cı ildə isə cinsi istismar törətmiş şəxslərin qurbanları ilə evləndikləri halda cəzalarının təxirə salınmasına imkan verə biləcək müvəqqəti hüquqi tənzimləmə təklifi irəli sürüldü. Bu təklif təbii olaraaq Türkiyədə kəskin etirazlara səbəb oldu. Təşəbbüs ictimai təzyiq fonunda qüvvəyə minmədi. Lakin Türkiyə iqtidarı bu təklifi ilə hansı zehniyyətdə olduğunu bir daha nümayiş etdirdi.

İstanbul Konvensiyasından imtina: hansı dəyərlər qorunur?

Türkiyə 20 mart 2021-ci ildə İstanbul Konvensiyasından çıxmaq barədə qərar qəbul etdi və ölkənin konvensiyadan çıxması həmin il iyulun 1-də qüvvəyə mindi.
 

Qərar qadınlara qarşı zorakılıqla mübarizə və zərərçəkənlərin müdafiəsi məsələsində ciddi mübahisələrə səbəb oldu. Hakimiyyət qərarı öz arqumentləri ilə əsaslandırsa da, bu addım qadın hüquqlarının müdafiəsi sahəsində Türkiyənin siyasi kursunu bir daha ortaya qoydu.


Uşaq istismarı ilə bağlı rəqəmlər isə daha dəhşətli mənzərəni ortaya qoyur. TÜİK (Türkiyə Statistika Qurumu) məlumatlarında da uşaqların cinsi istismarı hallarının dəfələrlə artdığı öz əksini tapıb. Məsələn, 2023-cü ildə rəsmi qurumlar tərəfindən 31,000-dən çox uşağın istismara məruz qaldığı qeydə alınıb. Qadın və uşaq hüquqları təşkilatlarının hesabatına əsasən, Türkiyədə uşaq istismarı işləri son illərdə dəhşətli dərəcədə (təxminən 84%) artıb. Məhkəmələrə hər il 16 000-dən çox uşaq istismarı işi daxil olur. Dini məktəblərdəki yataqxanalarda qalan uşaqlar üçün isə vəziyyət daha çətindir. Heç bir dövlət müfəttişi tərəfindən yoxlanılma aparılmadığı üçün cinsi istismar və təcavüz halları bir çox hallarda ört-basdır edilir.

Öz gözündəki tiri görməyənlər

Nə qədər tragikomik görünsə də, uşaqların təriqət yataqxanalarında təcavüzə uğradığı, erkən nikahlara hüquqi cəhətdən yaşıl işıq yandıran, qadın haqlarını ayaqlar altına atan Türkiyədə iqtidar nümayəndələri Azərbaycanın dünyəvi təhsil modelini hədəfə alırlar.
 

AKP üzvlərinin Azərbaycanın məktəbli forması qaydalarını ideoloji mübahisə predmetinə çevirməsi heç də təsadüfi hal deyil. Əsas məqsəd daxili iqtisadi problemləri, sosial qalmaqalları gündəmdən çıxarmaq üçün xarici düşmən obrazı yaratmaqdır. Üstəlik, bu cür kampaniya AKP rəhbərliyinə özünü daxili auditoriyaya “İslamın hamisi” obrazında təbliğ etmək imkanı yaradır.


Lakin bu cür siyasi oyunlar başqa dövlətin suveren qərarlarına müdaxiləyə haqq qazandıra bilməz. Azərbaycanın məktəblərində hansı qaydaların tətbiq ediləcəyini AKP deyil, Azərbaycan dövləti müəyyənləşdirir.

Bizim.Media-nın analitik qrupu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

End of content

No more pages to load

RADİO