Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Sentyabrın 15-dən etibarən Bakıda yerləşən bəzi dövlət qurumlarında yeni iş qrafiki tətbiq edilir. Bu addımın məqsədi nəqliyyat sıxlığının qiymətləndirilməsi və problemin aradan qaldırılması ilə bağlı yekun təkliflərin hazırlanmasıdır. Ancaq görünür ki, iş qrafiklərinin dəyişdirilməsi də paytaxtda nəqliyyat sıxlığının qarşısını almaq üçün kifayət etmir.

Bəs ali təhsil müəssisələrində dərs saatlarının dəyişdirilməsi tıxacların azalmasına təsir edə bilərmi?

Bizim.Media xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Mehriban Vəliyeva mövzu ilə bağlı Oxu.Az-a danışıb.

Onun fikrincə, növbəti illərdə nəqliyyat sıxlığının azaldılması məqsədilə ali təhsil müəssisələri ilə yanaşı, məktəblərdə də dərs saatları dəyişdirilə bilər:

“Ali təhsil müəssisələrində və ümumi təhsil məktəblərində iş qrafikinin və dərs saatlarının dəyişdirilməsi nəqliyyat sıxlığının azaldılması baxımından nəzərdən keçirilə biləcək məsələlərdəndir.

Təhsillə bağlı yeniliklər zəruri hesab olunarsa, onlar yalnız yeni tədris ili ərəfəsində planlaşdırılmalı, əvvəlcədən elan edilməli və bütün tərəflərin hazırlığı təmin olunmaqla həyata keçirilməlidir.

Bununla yanaşı, belə bir addımın nəqliyyat sıxlığının azaldılmasına nə dərəcədə təsir göstərə biləcəyini, əlbəttə ki, nəqliyyat sahəsinin mütəxəssisləri qiymətləndirməlidirlər”.

Deputat tətbiq oluna biləcək yeni dərs saatlarını da təklif edib:
 

“Məsələn, ibtidai siniflərdə dərslərin səhər saat 08:00-09:00 əvəzinə 10:00-11:00 aralığında başlaması və ya tam orta təhsil səviyyəsində dərs qrafikinin fərqli şəkildə təşkili mümkün variantlar kimi müzakirə oluna bilər. Bu zaman məktəblərin xüsusiyyətləri, şagirdlərin yaş qrupları, valideynlərin iş qrafiki və tədris prosesinin tələbləri nəzərə alınmalıdır. Müvafiq qaydalar çərçivəsində məktəblər pedaqoji şuraların qərarları əsasında öz imkanlarına uyğun iş rejimlərini müəyyənləşdirə bilərlər.


Ali təhsil müəssisələrində də dərs cədvəllərinin mərhələli şəkildə fərqli saatlara bölünməsi, tədrisin başlanma və bitmə vaxtlarının müəyyən qədər dəyişdirilməsi variantlarından istifadə etmək olar. Bu yanaşma nəqliyyat vasitələrinin hərəkətində yaranan pik saatlardakı sıxlığın müəyyən qədər azalmasına kömək edə bilər. Lakin təklif olunan mexanizmlərin səmərəliliyi nəqliyyat mütəxəssisləri ilə birgə araşdırılmalı, qərarlar real vəziyyətin təhlili əsasında qəbul edilməlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

YAP İdarə Heyətinin iclası KEÇİRİLİR

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Baş nazir paralimpiya komitələrinin rəhbərləri ilə görüşdü – FOTO

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Ramiz Mehdiyev YAP-ın Veteranlar Şurasından ÇIXARILDI

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

Yol polisi sürücüləri süni intellektlə CƏRİMƏLƏYƏCƏK – FOTO

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

“Neftçi”nin baş məşqçisinə 7 oyunluq cəza

Əli Həsənova yeni vəzifə verilir

Əli Həsənova yeni vəzifə verilir

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Bir həftədə yaşıllıqlara 136 min manatlıq ZİYAN VURULDU

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Manatın taleyi ilə bağlı 4 illik PROQNOZ AÇIQLANDI

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Dövlət saytlarımıza hücumu kimin törətdiyi BƏLLİ OLDU – RƏSMİ – FOTO

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Türkiyədə uşaq hüquqlarının ACINACAQLI DURUMU – ARAŞDIRMA

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

Yeni iş qrafiki də tıxacı azalda bilmədi - Universitetlərdə dərs saatı dəyişdirilə bilər?

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

AFFA 6 komandaya texniki məğlubiyyət verdi

Bakının bu rayonunda 30 bina söküləcək

Bakının bu rayonunda 30 bina söküləcək

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

Müəllimlər nə qədər maaş alır? - Rəsmi statistika AÇIQLANDI

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

“Tayqa kəsişməsi”nə işıqforlar qoyuldu – VİDEO

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

"Qanuni oğru" titulundan imtina etdi - kriminal aləm qarışdı

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Ukrayna münaqişəsi Zelenskisiz həll olunacaq”

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

“Emin Axundov iş adamıdır, gəlməyə bilər” dedi - Hakim etiraz etdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Nə "Arsenal", nə də "Mançester Siti": Arda Güler qərarını verdi

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI

Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi AÇILDI

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Azərbaycanda benzin və dizel istehsalı azalıb

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Taksi sürücülərindən ŞİKAYƏT - Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar?

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

İrandan Azərbaycana 35 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı – FOTO

End of content

No more pages to load

RADİO