Azərbaycanın qrup hərəkətləri komandası Yaponiyanın Kitakyuşu şəhərindəki bədii gimnastika üzrə dünya çempionatında çıxışını başa vurub.
Bizim.Media-nın məlumatına görə, Zeynəb Hümmətova, Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət kollektiv 3 halqa və 2 cüt gürzlərlə hərəkətdə 6-cı yeri tutub.
Qeyd edək ki, komanda 5 topla hərkətlərdə də 6-cı yeri tutub.
Bizim.Media