Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.
Bizim.Media xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.
“Sabah” evdə “Sumqayıt 3:0 hesabı ilə məğlub edərək cari mövsümdə ilk qələbəsini qazanıb.
Son çempion “Neftçi” isə “Zirə”ni qəbul edib. Oyunda ilk qol qonaqlardan gəlsə də, "Neftçi" geridönüş edərək qələbə qazanmağı bacarıb - 2:1.
“Sabah” - “Sumqayıt” 3:0
Qollar: Fofana Tiemoko, 60, 83, Ceyhun Nuriyev, 79
“Neftçi” - “Zirə” 2:1
Qollar: Sezar Meza Kolli, 39, Mirabdulla Abbasov, 84 - Ağabala Ramazanov, 6
Bizim.Media