Rusiya Prezidenti Vladimir Putin Rusiya-Ukrayna sərhədində təhlükəsizlik zonasının yaradılmasının Ukrayna ilə mümkün sülh danışıqlarının mövzusu olmayacağını bildirib.
Bizim.Media xəbər verir ki, o, bu barədə Birləşmiş Qoşunlar Qrupunun köməkçi idarəetmə məntəqəsinə səfəri zamanı danışıb.
“Bu vəzifə uğurla yerinə yetirilir. Məqsədimiz Rusiyanın sərhədyanı ərazilərinin mütləq təhlükəsizliyini təmin etməkdir. Biz bunu Ukrayna ilə mümkün sülh danışıqlarının mövzusu etməyi planlaşdırmırıq”, – deyə Putin qeyd edib.
Bizim.Media