Azərbaycanın qadınlardan ibarət cüdo millisinin "Böyük Dəbilqə" turniri üçün heyəti məlum olub.
Bizim.Media xəbər verir ki, məşqçilər korpusu yarışa 7 cüdoçu sifariş edib.
Bunlar Aişə Qurbanlı, Şəfəq Həmidova (48 kq), Ülviyyə Bayramova, Zeynəb Məmmədova (52 kq), Aytac Qardaşxanlı (63 kq), Günel Həsənli və Südabə Ağayevadır (70 kq).
Xatırladaq ki, kişilərdən ibarət millimizin yarış üçün açıqlanan ilkin heyətində 20 cüdoçunun adı yer alıb.
Qeyd edək ki, sözügedən yarışma 5-7 noyabrda Bakıda keçiriləcək.
Bizim.Media