"Qarabağ"ın 2 futbolçusu UEFA Konfrans Liqasının qrup mərhələsinin III tur matçlarından sonra ən yaxşı oyunçuların sırasına düşüb.
Bizim.Media-nın məlumatına görə, bunlar Kevin Medina və Abdullah Zubirdir.
Kolumbiyalı müdafiəçi Kevin Medina ən çox dəqiq ötürmə verən futbolçular arasında ilk "3-lük"də qərarlaşıb. 28 yaşlı arxa xətt oyunçusu Bakıda Qazaxıstan "Kayrat"ına qarşı görüşdə 79 dəqiq ötürmə müəllifi olub.
Ağdam klubunun fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə "Kayrat"la matçda 5 dəfə təhlükəli cinah reydi ilə yadda qalıb.
Qeyd edək ki, sözügedən oyunda “Qarabağ” "Kayrat" üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
Bizim.Media