“Qarabağ” növbəti mərhələyə keçmək üçün nə etməlidir? – EKSPERTLƏRİN ŞƏRHİ

“Qarabağ” klubunun dünən UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandasının üzərində qazandığı qələbə azarkeşlərində ruh yüksəkliyi yaradıb. Bu həm də komandanın qrupdan çıxmaq şansını da artırıb. 

Növbəti 2 oyununu səfərdə keçirəcək “Qarabağ”ın şansları necə dəyərləndirilir və ekspertlər komandanın zəif və güclü tərəflərini hansı məqamda müşahidə edirlər?

Ekspertlərin fikrincə... 

“Qol.az”ın baş redaktoru Aydın Bağırov Bizim.Media-ya açıqlamasında artıq “Qarabağ”ın qrupda ilk 2 yerdən birini tutması şübhə doğurmadığını bildirir: 

“Konfrans Liqasının qaydalarına görə, qrup birincisi birbaşa 8/1 finala vəsiqə qazanır. Ona görə qrupun ilki olmaq daha vacibdir. İkinci yerə çıxan komanda isə 8/1 finalda oynamaq üçün Avropa Liqasının qrup 3-cüsü olan ən yaxşı 8 komandadan biri ilə “play-off” qarşılaşmasında iştirak edir. Bu gün “Qarabağ”ın qrup birincisi olmaq şansı daha çoxdur. Çünki komanda tarixinin ən gözəl mərhələsinə qədəm qoyub. Qurban Qurbanovun başçılığı ilə həm oyun, həm də nəticə baxımından komandanın uğurlarını görə bilirik”.
 

MÖVZU İLƏ BAĞLI:

“Qarabağ” 6,8 milyon manat qazandı - FOTO


Əməkdar jurnalist həmçinin qeyd edib ki, dünənki oyunda “Kayrat” çox qapalı, müdafiənin üzərində olan bir oyun sərgilədi. Bu isə yaradıcı oyun stilinə üstünlük verən “Qarabağ”a birinci hissədə bir az çətinlik yaratdı. 

“Ancaq 2-ci hissədə  “Qarabağ” “Kayrata” güclü təzyiqlər etməyə başladı və bunun sayəsində rəqib səhvlərə yol verməyə məcbur oldu. Bununla da Qurban Qurbanovun yetirmələri qələbə qazanmağı bacardı”.

A.Bağırov deyib ki, bu günə qədər komandada narahatlıq doğuran məqam hücumla bağlı olub. Onun sözlərinə görə, hazırda oyunçular yavaş-yavaş öz formalarına geri dönməyə başlayıblar.

“Sevindirici haldır ki, İbrahima Vadji özü yavaş-yavaş formaya düşməyə, Ramil Şeydayev qol vurmağa başlayıb. Bu müsbət bir faktdır. Deyərdim ki, komandanın həm müdafiə, həm də yarımmüdafiə xəttində problemlər yoxdur. Hələlik çatışmayan cəhət hücümla bağlıdır. Bunlarda zaman-zaman qaydasına düşəcək”.

Əməkdar jurnalist qrup birincisi olmaq üçün əsas məsələnin təkcə qələbə olmadığını,  mümkün qədər çox qol vurub, az qol buraxmağın da önəmli faktor olduğunu vurğulayıb.

“Bu yekun nəticəyə təsir göstərəcək. Eyni zamanda burada sarı və qırmızı vərəqələr də nəzərə alınmalıdır. İndiki halda biz görürük ki, hər iki komanda eyni xal toplasa da qrup birincisi “Bazel”dir. Baxmayaraq ki, komandalar ikisi də eyni sayda qol vurublar, ancaq düşünürəm ki, bu sarı vərəqələrlə bağlıdır. Rəqibin sarı vərəqəsi azdır deyə birinci yerə yüksəlib. Düzdür, bu texniki vəziyyətdir. Ancaq belə nüanslar yekun nəticələrə təsir edir. Ancaq düşünürəm ki, qrup birinciliyi sonuncu turda “Bazel”nən “Qarabağ”ın səfər oyunundan sonra bəlli olacaq. 

Sonda o, qeyd edib ki, əsas komandanın digər oyunlara itkisiz çıxmağı önəmlidir:

“Çünki bundan əvvəlki yarışlarda da, elə bu Konfrans Liqasında da gördük ki, komandanın ən vacib oyunçuları kritik oyundan, turnirlərdən əvvəl ciddi və uzun müddətli zədələr alıblar”.

Futbol meneceri Səbuhi Səfiyarlı isə deyir ki, ümumiyyətlə püşkatmadan əvvəl biz “Qarabağ”ın qrupdan çıxmaq şanslarını analiz edəndə hardasa ehtimal verirdik ki, komandamız bu rəqiblərin içində əsasən “Kayrat” və “Omoniya” ilə oyunları həlledici olacaq: 
 

“Çox sevincdirici haldır ki, “Qarabağ” “Omoniya”nı səfərdə və “Kayratı” da evdə məğlub etdi. Hər iki oyun həlledici idi”.


S.Səfiyarlı bildirib ki, “Qarabağ” dönüş yaratmaq üçün oyunu həlledici edə bildi. “Kayrat”ın qrupdan çıxmaq şanslarını minimuma endirmək baxımından da onları məğlub etmək vacib idi. Bu da iki həftə sonra keçiriləcək oyunda “Kayrat”ın motivasiyasının daha az olmasına səbəb olacaq”.

Lakin Aydın Bağırov kimi Səbuhi Səfiyarlı da “Qarabağ”ın qrup birincisi olmasına ümid edir. Belə təqdirdə klub birbaşa 8/1 finala vəsiqə qazanacaq. 

“Komanda sadəcə bu tempi sona qədər qorumalıdır. Qalan iki oyunda xal itirmə ehtimalını minimuma endirməlidir. Komandanın başqa hazırlıq işləri normal qaydada gedir, Qurban Qurbanov bu detalları çox düzgün həyata keçirə bilir. Ona görə də “Qarabağ” həm fiziki cəhətdən, həm də taktiki cəhətdən güclü təsir bağışlayır”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

Venger FİFA prezidentliyinə namizədliyini irəli sürəcək?

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində tapşırıqlar uğurla icra olunur - FOTO/VİDEO

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Aİ Rusiyaya qarşı sanksiyalardan yayınmağa kömək edən vasitəçiləri CƏZALANDIRDI

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Oktyabrın ortalarında 3 BÜRC üçün güclü yeni mərhələ başlayacaq

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Putin: "Sərhəddə təhlükəsizlik zonası danışıqlar mövzusu olmayacaq" - VİDEO

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Regional Ekologiya İdarəsinə yeni rəis TƏYİN EDİLDİ

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı VİDEOÇARX

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Zənginlərin “Ovlaq”, kasıbların “Vağzal” adlandırdığı rayonumuz – İtmiş müəmmalı şəhərin izləri buradadır

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Cənubi Koreya Yaxın Şərqdə hərbi missiyasını genişləndirməyi PLANLAŞDIRIR

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Putinə cəbhədən MƏRUZƏ: Rusiya ordusu Dobropolyeni ələ keçirdi

Azər Bağırov qələbəni ona həsr etdi

Azər Bağırov qələbəni ona həsr etdi

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Türkiyəli jurnalist Azərbaycan dövlətindən və xalqından ÜZR İSTƏDİ

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

Moskva aeroportlarında uçuşlar iflic oldu - VİDEO

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

İlham Əliyev Paralimpiya Komitəsini TƏBRİK ETDİ

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? - Siyahı açıqlandı

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Sürücülərin NƏZƏRİNƏ: Bakıda yol təmirə bağlanır

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

Avtomobil dünyasında YENİ DÖVR: Uçan maşın təqdim edildi - VİDEO

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

"Şamaxı" "Şəfa" ilə oyunda geridönüş etdi

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Əhmədli metrosundan bu ərazilərə yeni avtobus İŞLƏYƏCƏK

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ramiz Mehdiyevin təltifləri əlindən alına bilər

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

Ödənişli yolda yük maşını aşdı, sürücü öldü

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

FİFA Azərbaycanda keçiriləcək dünya çempionatının rəsmi brendini TƏQDİM ETDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Zelenski Aİ-dən Ukraynaya əlavə 70 milyard avro İSTƏDİ

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

Azərbaycan və Banqladeş əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

End of content

No more pages to load

RADİO