Şotlandiyanın "Livinqston" klubunun qapıçısı Daniel Bardendə testikulyar xərçəng aşkar edilib.
Bizim.Media xəbər verir ki, 20 yaşlı qolkiper bu barədə "The Guardian"a açıqlamasında bildirib.
Uelsli oyunçu ailəsinin, dostlarının və komanda yoldaşlarının ona dəstək olduğunu söyləyib.
Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Norviç" klubuna məxsus olan Daniel Barden icarə əsasında Şotlandiya təmsilçisində oynayır. O, Uelsin U-21 yığmasının da şərəfini qoruyur.
Bizim.Media