"Oyunçuların gözündə qələbə istəyi var" - Samir Abasov

"Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 2-ci turunda "İmişli" ilə 0:0 hesablı heç-heçə etdikləri oyunu şərh edib.

Bizim.Media xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

- Azarkeşlərimizə təşəkkür edirəm. Əziyyət çəkib uzun yol gəldilər. Sona qədər komandanı dəstəklədilər. Əfsuslar olsun ki, onları sevindirə bilmədik. Bu gün iki xal itirdik. İlk matçdan sonra klub rəhbərliyi bizə dəstəyini göstərdi. Yeni komandayıq. Yaxşı işlər görəcəyimizə inanırıq. Buna şübhəmiz yoxdur.

- Əsas nədən narazı qaldınız?

- Birinci hissədə narazı qaldım. Oyunun dinamikası aşağı idi. İkinci hissədə tempi qaldırdıq.

Başa düşürük ki, bu cür qapalı komandalara qarşı 2-3 fürsət yarada bilərsən. Fürsətləri dəyərləndirməli idik. Qol vurandan sonra rəqib komanda da daha açıq oynamağa məcbur qalacaqdı. Ümumi oyunun tempi aşağı idi. Rəqibi başa düşürük, oyunu əks-hücumda qurublar.

Amma öz komandamdan narazı idim. İkinci hissədə daha istəkli idik. Top itkiləri olurdu, amma tələskənlikdən irəli gəlirdi. Futbolçular əziyyət çəkdilər, onlara minnətdaram.

- Emin Mahmudovun əvəzlənməsinin səbəbi nə idi?

- Emin özü istədi. Sağlamlığında problem oldu.

- İndi komanda formalaşmayıb. "Neftçi"dən yaxşı nəticələri nə vaxt tələb etmək olar?

- Komanda olaraq formalaşmışıq. Belə bir söhbət yoxdur. Sadəcə oyunçuların arasında bir az anlaşılmazlıq var. Bu, məşqlərdə də sezilir. Uşaqlara meydanda bir-birilərini anlamaq üçün zaman lazımdır. Ötən mövsümlə müqayisə ediriksə, futbolçularda istək yüksək səviyyədədir, fiziki cəhətdən inkişaf ediblər. Çatışmazlıqları oyunlarla aradan qaldıracağıq.

- İlk iki turda "Şamaxı" və "İmişli" kimi qapanan komandalara qarşı oynadınız. Bu cür komandalara qarşı oynamaq çətindir. Başqa rəqiblər olsaydı, nəticələr fərqli ola bilərdi?

- Düz vurğulayırsınız. Hazırda müdafiəni qurmaq asandır. Komandanı buna yönəltmək o qədər də güc sərf edən bir şey deyil. Amma "Neftçi"də tələb hücumda nələrsə etməkdir. Yeni qurulmuş komanda üçün, bir-birilərini tanımayan oyunçular üçün bunları etmək çətindir. Bəhanələr deyil, faktdır. Xoşuma gəldiyim şey odur ki, oyunçuların gözündə qələbə istəyi var. Ötən mövsüm hər hücumda qorxurduq ki, qapımızda qol görəcəyik. Bu il bunu aradan qaldırmışıq. Hücumda bir az problem var.

- "Neftçi" üçün transfer mövsümü bitib?

- Transfer heç vaxt yekunlaşmır. Departamentimiz bunun üzərində işləyir. Hazırda əsas məqsədimiz əlimizdə olan oyunçuları pik səviyyəyə çatdırmaqdır. Amma uyğun futbolçu tapsaq, transfer edəcəyik.

- Bu meydançada "İmişli" ilə oynamaq çətindir, yoxsa öz meydanınızda "Turan Tovuz"la oynamaq?

- Süni örtükdə oynamaq çox çətindir. "Qarabağ" da burda oynayanda baş məşqçiləri vurğulayır.

Meydança futbolçularda narahatlıq yaradır. "Turan Tovuz"a gəlincə, Oyundan sonra danışarıq.

- Əvəzedici komandaya göndərilən Ramil Şeydayev və Ryonosuke Ohorinin aqibəti necə olacaq?

- Biz futbolçulara açıq-aşkar hər şeyi demişik və seçimi onların özlərinə buraxmışıq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO