Azərbaycanda 3 medal satışa çıxarıldı - FOTO

Azərbaycanda 3 medal satışa çıxarılıb.

Bizim.Media “Prosport.az”a istinadən xəbər verir ki, “Antik Hərrac” səhifəsində materialı latun və metaldan olan 3 ədəd – 94.73, 94.71 və 104.90 qramlıq medallar hərraca qoyulub.

Hərracın ilkin qiyməti kimi 10 manat müəyyən edilib. Dünən hərraca çıxarılan medalları almaq istəyənlər üçün bu gün saat 23:00-da vaxt başa çatır.

Məsələni araşdırmaq qərarına gəldik. Məlum oldu ki, bunlar Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi qızıl, gümüş və bürünc medallardır.
 

Bu medallardan biri 3-4 may, 2022-ci il tarixlərində bədii gimnastika üzrə 27-ci Bakı birinciliyinə aiddir. Gümüş medal 2022-ci ilin 27-29 mayında Şəkidə bədii gimnastika üzrə “28 May – Milli Müstəqillik Gününə həsr edilmiş dostluq yarışı”ndandır.


Ən maraqlısı isə 3-cü – bürünc medaldır. Çünki bu medal 24-26 may 2019-cu ildə Bakıda keçirilmiş aerobika üzrə XI Avropa çempionatının medalıdır. Bu medalın azərbaycanlılardan kimə aid olmasını araşdırmaq qərarına gəldik. Məlum oldu ki, həmin Avropa çempionatında Azərbaycanı “aerodans” proqramında təmsil edən Elçin Məmmədov, Ayxan Əhmədli, Balaxanım Əhmədova, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli və Mədinə Mustafayeva qızıl medal qazanıb.

Həmin vaxt bürünc medal qazanan idmançı və ölkələr bunlar olub: Antonio Papazov (Bolqarıstan, kişilərdə fərdi), Darina Paşova (Bolqarıstan, qadınlarda fərdi), Rumıniya (qarışıq cütlər, trio və aerodans), Rusiya (qrup hərəkətləri), Macarıstan (komanda).

Göründüyü kimi, bu medal Bolqarıstan, Rumıniya, Rusiya və Macarıstan idmançılarından birinin olub.

Ehtimal etmək olar ki, həmin idmançılardan biri qazandığı medalı burada unudub və ya kiməsə hədiyyə edib.

Yeri gəlmişkən, “Antik Hərrac” səhifəsində BP şirkətinin təşəbbüsü ilə Azərbaycan olimpiya çempionlarının şərəfinə buraxdığı açıqcalar da ilkin qiyməti 10 manatdan hərraca çıxarılıb. Bu açıqcalarda olimpiya çempionları – Nazim Hüseynov, Valeri Belenki, Zemfira Meftaxetdinova, Namiq Abdullayev, Fərid Mansurov, Elnur Məmmədli, Şərif Şərifov və Toğrul Əsgərovun şəxsi imzaları var.

Qeyd edək ki, BP 2022-ci ildə Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşı kimi bu açıqcaları 30 illik yubiley münasibəti ilə buraxıb.
































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il doğulan uşaqlara ən çox qoyulanADLAR

Bu il doğulan uşaqlara ən çox qoyulanADLAR

“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir?– VİDEO

“28 May”da sərnişinlərin hərəkəti necə tənzimlənir?– VİDEO

Almaniya və Fransadan GERİ ADDIM – Dünya avtomobil sənayesində YENİ DÖVR BAŞLAYIR

Almaniya və Fransadan GERİ ADDIM – Dünya avtomobil sənayesində YENİ DÖVR BAŞLAYIR

Ürək sağlamlığı üçün ideal səhər yeməyi

Ürək sağlamlığı üçün ideal səhər yeməyi

Səssizliyə qərq olmuş ölkələr: Dünyanın ən sakit və ən səs-küylü yerləri - SİYAHI

Səssizliyə qərq olmuş ölkələr: Dünyanın ən sakit və ən səs-küylü yerləri - SİYAHI

Xərçəngə səbəb olan qidalar - SİYAHI

Xərçəngə səbəb olan qidalar - SİYAHI

Bənövşəyi xəttin 5-ci stansiyası harada yerləşəcək? – VİDEO

Bənövşəyi xəttin 5-ci stansiyası harada yerləşəcək? – VİDEO

"İstirahətə gəlirlər, zibilləri qumun üstünə, dənizə atırlar"

"İstirahətə gəlirlər, zibilləri qumun üstünə, dənizə atırlar"

Ukrayna Rusiyada raket və kosmik texnologiyalar mərkəzini “Flaminqo” ilə vurdu – FOTO

Ukrayna Rusiyada raket və kosmik texnologiyalar mərkəzini “Flaminqo” ilə vurdu – FOTO

Üç bürc bütün arzularını reallaşdırmağa çox yaxındır:Xoşbəxtlər kimlərdir?

Üç bürc bütün arzularını reallaşdırmağa çox yaxındır:Xoşbəxtlər kimlərdir?

Mozalanın çəkildiyi metro stansiyası hansıdır? – VİDEO

Mozalanın çəkildiyi metro stansiyası hansıdır? – VİDEO

Müharibə iştirakçılarının reabilitasiya və işlə təmin olunması üçün hansı tədbirlər görülür? — Nazirlikdən AÇIQLAMA

Müharibə iştirakçılarının reabilitasiya və işlə təmin olunması üçün hansı tədbirlər görülür? — Nazirlikdən AÇIQLAMA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Leysan yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır – FOTO

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır – FOTO

Xəttə yeni buraxılan qatarların digərlərindən fərqləri nələrdir? – VİDEO

Xəttə yeni buraxılan qatarların digərlərindən fərqləri nələrdir? – VİDEO

Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə buğda göndərildi – FOTO

Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti dəfə buğda göndərildi – FOTO

İranın qız idmançılarının geyimi gündəm olub

İranın qız idmançılarının geyimi gündəm olub

59 ildən sonra “28 May”: Bakı metrosunda böyük dəyişiklik niyə qaçılmazdır?

59 ildən sonra “28 May”: Bakı metrosunda böyük dəyişiklik niyə qaçılmazdır?

Bakının əsas küçə və prospektləri yuyuldu – FOTO

Bakının əsas küçə və prospektləri yuyuldu – FOTO

“Ölüm adası”na ölümsüz səyahət - 80 ilin kabusu necə bitdi? – FOTO/VİDEO

“Ölüm adası”na ölümsüz səyahət - 80 ilin kabusu necə bitdi? – FOTO/VİDEO

Səfirlik: Azərbaycan artıq ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir – FOTO

Səfirlik: Azərbaycan artıq ABŞ-ın fiskal şəffaflıq tələblərinə cavab verir – FOTO

Avqustda güclü külək yenidən qayıdır – Son 10 ilin statistikası nə deyir?

Avqustda güclü külək yenidən qayıdır – Son 10 ilin statistikası nə deyir?

Azərbaycan XİN Konqonu təbrik etdi – FOTO

Azərbaycan XİN Konqonu təbrik etdi – FOTO

Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO

Bakıda TIR aşdı: Dizel yola dağıldı - VİDEO

End of content

No more pages to load

RADİO