“Atasının səsi elə vahiməli idi ki, Musa qaçmağa məcbur oldu...”

“Musa Qurban Qurbanovun ən həssas yeri olub. Daim təmkinli, duyğularını büruzə verməyən “dağ adam”ın bəlkə də həyatında önəmli rolu oynayan qardaşının adını da Musaya verməsi içindəki ən kövrək duyğularına sığınıb. O sərt görünən cismində Musaya qarşı iftixarlılığı, sevgisi bəlkə də ən boşaldığı məram olub”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov sosial şəbəkə hesabında yazıb.
 

“6 yaşı olanda Musa komanda ilə “kamp”a getmişdi. Topa başla zərbə vururdu, kiçicik cismi ilə ağır topa toxunması ağlatsa da, israrla zərbələr endirirdi. İlk dəfə Qurbanovu onda görmüşdüm, “dağ adam”ın “əriməsi”ni...


10 il sonra Musa əsas komandaya qoşulanda özündən çox böyüklərlə mübarizə təbii ki, ağır idi. Sərt toqquşmalar, müdaxilələr “Qarabağ”ın məşqlərində adi şeylər idi.

İlk məşqlərin birində Musa sərt müdaxilə ilə yerdə qaldı. Ağrıdığı, canı yandığı çox aydın hiss olunurdu. Başqa vaxt olsaydı, məşq mütləq saxlanılar, tibbi müdaxilə olardı.

Amma “dağ adam”dan dağdan ağır səs gəldi: “Davam edirik”!

Səs o qədər vahiməli idi ki, Musa ağrıdan sızlaya-ağrıya axsayaraq “yarım-yamalaq” qaçmağa məcbur oldu.

O zaman bəlkə ilk dəfə Musa Qurban Qurbanovun ata olmaqdan daha böyük olduğunun fərqinə vardı...
 

Hər zaman ədalətli davranmağa, hər kəsin haqqına verməyə çalışan məşqçi Qurbanov ata Qurbana qalib gəlmişdi. Eləcə də, oğlunu bir gözü gülüb-bir gözü ağlayıb soyuq İsveçə göndərəndə də.


Dünən Musa qol vuranda Qurbanov bəlkə də həyatının ən ağır duyğusunu yaşadı: Atalıq iftixarı, yoxsa illərlə futbolun yükünü tək belində daşımaqla sevincinin fərdiləşməsindən çəkinməklə...
 

Övlad uğurunu komandanın qələbəsində “gizlətməklə”... İçindəki dünya boyda sevinmə hissini özünə qıymamaqla...” – N. İbrahimov paylaşımda qeyd edib.


Qeyd edək ki, dünən gecə "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Ferentsvaroş"a (Macarıstan) qalib gəlib.

"Qroupama Arena"da keçirilən matçda Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Naxçıvanda piyadanı maşın vurdu - FOTO

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

Millimizin Avropa çempionatındakı rəqibləri BİLİNDİ

End of content

No more pages to load

RADİO