Robbi Kin: “Bizi “Qarabağ”a qarşı son dərəcə vacib oyun gözləyir”

“İstifadə edə bilmədiyimiz imkanlar bizə baha başa gəldi. İlk 15 dəqiqədə 3:0 öndə ola bilərdik, fürsətləri dəyərləndirmədik. Sonra rəqib hesabı açdı, amma oyuna qayıtmağı bacardıq. Hücumda da, müdafiədə də daha yaxşı oynamalıyıq”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un baş məşqçisi Robbi Kin deyib. Budapeşt təmsilçisi dünən Macarıstan çempionatının 4-cü turunda evdə “Puşkaş Akademiya”sına 1:2 hesabı ilə uduzub və liderliyi əldən verib.

Avqustun 19-da “Ferentsvaroş” Budapeştdə “Qarabağ”la UEFA Çempionlar Liqasının pley-off mərhələsində ilk matça çıxacaq.
 

Robbi Kin dünənki qarşılaşmadan sonra keçirdiyi mətbuat konfransında komandasının ikinci hissədə niyə zəiflədiyini başa düşmədiyini söyləyib. Macarıstan mediasının yazdığına görə, baş məşqçi Robbi Kin bu matçda heyətdə köklü dəyişiklik edib. O, bu həftə “Ludoqorets”lə Çempionlar Liqasının cavab matçında əsas heyətə daxil etdiyi 10 oyunçuya istirahət verib və onları ilk 11-liyə salmayıb. Buna səbəb “Qarabağ”la qarşıdakı oyundur.


“Niyə ikinci hissədə gerilədiyimizi bilmirəm. İlk 45 dəqiqədə yaxşı oynadıq, imkanlar yaratdıq. Oyuna görə məğlubiyyətə layiq deyildik, amma uduzduq” – deyə irlandiyalı mütəxəssis deyib
Robbi Kin “Qarabağ”la qarşıdan gələn matça da toxunub: “İndi başımızı aşağı salıb yolumuza davam etməliyik. Sabahdan etibarən çərşənbə axşamkı oyuna (“Qarabağ”la görüş – red.) hazır olmalıyıq. Azarkeşlər yenə çox yaxşı idilər, həmişəki kimi. Yeni oyunçulara şans verdik, bir çoxları isə çərşənbə axşamı üçün dincəldi, hamı həmin oyuna hazır olacaq. Çərşənbə axşamı bizi son dərəcə vacib oyun gözləyir”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qoyunları canavardan qorumağın qeyri-adi üsulu - VİDEO

Qoyunları canavardan qorumağın qeyri-adi üsulu - VİDEO

Dəhşətli hava dalğası yaxınlaşır – Azərbaycanı nə gözləyir?

Dəhşətli hava dalğası yaxınlaşır – Azərbaycanı nə gözləyir?

Hər il neçə-neçə gənci udan DƏNİZ - Nəzarətsiz çimərliklərə hansı qurum CAVABDEHDİR?

Hər il neçə-neçə gənci udan DƏNİZ - Nəzarətsiz çimərliklərə hansı qurum CAVABDEHDİR?

Xətaidə sakinlərin kabusu olan qonşular: Əşyaları pəncərədən atır, evdə tonqal qalayırlar – VİDEO

Xətaidə sakinlərin kabusu olan qonşular: Əşyaları pəncərədən atır, evdə tonqal qalayırlar – VİDEO

Dünyanın ən varlıları bu şəhərlərdə yaşayır – Siyahı

Dünyanın ən varlıları bu şəhərlərdə yaşayır – Siyahı

Qalibaf Azərbaycana gəldi

Qalibaf Azərbaycana gəldi

Neftin qiyməti 76 dollardan aşağı düşdü

Neftin qiyməti 76 dollardan aşağı düşdü

Bakının mərkəzində yaşayanların NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

Bakının mərkəzində yaşayanların NƏZƏRİNƏ: Saat 10:00-dan etibarən…

İlon Mask trilyonçu statusunu itirdi

İlon Mask trilyonçu statusunu itirdi

Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”

Tramp Venesuela əməliyyatının bəzi sirlərini AÇDI: “Cəmi 48 dəqiqəyə...”

BİZİM TƏQVİM:24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR

BİZİM TƏQVİM:24 iyunda baş vermiş TARİXİ HADİSƏLƏR

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Poliklinikalarda davam edən növbə problemləri… - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Azərbaycanda kimlər imtahansız ali məktəbə qəbul ola bilər? - VİDEO

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

Avtomobil idarə etməkdə yaş, yoxsa sağlamlıq ÖNƏMLİDİR?

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

82 yaşlı aktrisanın illərə meydan oxuyan görüntüsü - FOTO

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Çox tezliklə... çox yaxşı xəbər alacaq BÜRCLƏR

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Stressin yaratdığı problem: Diş qıcama nələrə yol aça bilər?

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Pezeşkian: Tehran Vaşinqtona etibar etmir!

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Safurədən həyat yoldaşı ilə bağlı paylaşım - FOTOLAR

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

Ronaldo oyunun ƏN YAXŞISI seçildi

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

DİM sədri: Riyazi biliklər beynəlxalq standartla ölçüləcək

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Pensiya artımı ilə bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

Gəncədə ağır qəza: Kuryer həyatını itirdi - FOTO

End of content

No more pages to load

RADİO