Arif Məmmədovun ölüm səbəbi AÇIQLANDI

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədovun ölüm səbəbi açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Karate-Do Federasiyası məlumat yayıb. 

Açıqlamada deyilir:

“Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan A.Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. Pasiyent xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından onun vəziyyəti daha da pisləşib. Bundan sonra pasiyent müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərində xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.  
 

Qeyd edək ki, Arif Məmmədov 1977-ci ilin sentyabrın 16-da Gəncə şəhərində anadan olub. Orta təhsilini 1984-1994-cü illərdə Gəncə şəhəri 4 saylı orta məktəbdə, ali təhsilini 1995-2000-ci illərdə Gəncə Dövlət Universitetinin "Hərbi və fiziki təlim" fakültəsində alıb.


Arif Məmmədov, uşaq yaşlarından karateyə böyük maraq göstərib və bütün həyatını tamamilə bu idman növünə həsr edib, bir çox idmançıların yetişməsində və Azərbaycanı layiqincə təmsil etməsində müstəsna xidmətlər göstərib.  Karate üzrə üçqat dünya çempionu və beşqat Avropa çempionu olub.

O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının prezidenti, 2021-ci ildən Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi.

2021-ci ildə Gənclər və İdman Nazirliyi yanında İctimai Şuraya keçirilmiş seçkilərdə 2 il müddətinə Şuranın üzvü kimi fəaliyyət göstərib.  2014-cü ildə "Azərbaycan Respublikasının Əməkdar İdman Ustası", 2015-ci ildə "Azərbaycan Respublikasının Əməkdar Məşqçisi" fəxri adlarına layiq görülüb. 

Mərhumla vida mərasimi avqustun 7-də Gəncə şəhərində baş tutacaq və o, burada dəfn ediləcək. 

Azərbaycan Karate-Do Federasiyası adından Arif Məmmədovun vəfatından kədərləndiyimizi bildirir və mərhumun ailəsinə, yaxınlarına və onu sevənlərə dərin hüznlə başsağlığı veririk. Tanınmış idmançı və səmimi insan Arif Aydın oğlu Məmmədovun xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. 

Allah rəhmət eləsin!"


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

Şahzadə Harri və Meqan paparassilərdən ŞİKAYƏTLƏNDİ

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

“Fənərbağça”dan Azərbaycan dilində PAYLAŞIM - FOTO

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

"Mançester Siti" apellyasiya şikayəti verəcək

"Mançester Siti" apellyasiya şikayəti verəcək

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Suqovuşanın və Talış kəndinin işğaldan azad edilməsindən 6 il ÖTÜR

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Binə-Hövsan avtobusu olan 200 nömrə niyə işləmir? - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

Fransada etirazlar GENİŞLƏNDİ: Yüzlərlə lisey bağlandı - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

İlham Əliyev: “Azərbaycandilli resurslar bizə qarşı təxribat etmək üçün yaradılır” - VİDEO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı - FOTO

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Rəsmi Tehrandan Fransaya ÇAĞIRIŞ: Etirazçıların hüquqlarına hörmət edin

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüş keçirildi - FOTO

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

İlham Əliyev 20 milyard dollarlıq investisiya müqavilələrindən DANIŞDI

Boksçularımızın rəqibləri məlum oldu

Boksçularımızın rəqibləri məlum oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Kamçatka sahillərində GÜCLÜ ZƏLZƏLƏ oldu

Hafiz Paşayev təltif olundu

Hafiz Paşayev təltif olundu

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

Oktyabrda həyatında mühüm dönüş nöqtəsi baş verəcək BÜRCLƏR

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

ABŞ-da 1 000-ə yaxın miqrant deportasiya edildi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

“Neftçi” “Araz-Naxçıvan”a qalib gəldi

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Peskov: “Rusiya Qara dənizdə təhlükəsizlik üzrə bütün ölkələrlə dialoqa açıqdır, lakin…”

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

Rusiya 4 aydan sonra ilk dəfə Ukraynada ərazi İTİRDİ

End of content

No more pages to load

RADİO