"Məni Avropaya gətirən futbolu göstərə bilərəm"

"Betis"in futbolçusu Entoni öz göstəricilərindən danışıb. 

Bizim.Media insayder Fabrizio Romanoya istinadən xəbər verir ki, o deyib: 

"Ən vacib şey xoşbəxt olmaqdır və mən "Betis"də çox xoşbəxtəm. Hər şey təbii olaraq baş verir. Burada məni Avropaya gətirən futbolu göstərə bilərəm". 

Qeyd edək ki, Entoni "Mançester Yunayted"ə məxsusdur və İspaniya təmsilçisində icarə əsasında çıxış edir. İcarə müddəti hazırkı mövsümün sonuna qədərdir. O, "Betis"in heyətində 4 oyuna çıxaraq 3 qol vurub və 1 qolun ötürməsini edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

End of content

No more pages to load

RADİO