Məşhur futbolçunun yarım milyon dollarlıq saatları OĞURLANDI

Fransa millisinin sabiq futbolçusu Olivye Jirunun Los-Ancelesdəki evi qarət olunub.

Bizim.Media xəbər verir ki, fransalı futbolçunun xanımı evin pəncərəsinin sındırıldığını görüb.
Qarətçilər 10-dan artıq kişi qol saatı oğurlayıb. Onların ümumi dəyəri 500 min dollardan çox olub. Oğrular hələ tapılmayıb.

Qeyd edək ki, Olivye 2024-cü ilin iyulunda “Los-Anceles”ə keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

End of content

No more pages to load

RADİO