"İnanıram ki, istəyimizə nail olacağıq" - Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Millətlər Liqasının 5-ci turunda Estoniya ilə 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında iştirak edib.

Bizim.Media xəbər verir ki, o, jurnalistlərin suallarını cavablandırıb.

- Niyə qələbə qazana bilmədik?

- Rəqibin qapıçısı çox yaxşı oyun nümayiş etdirdi. İlk 20 dəqiqə bərabər səviyyədə keçdi. 20-ci dəqiqədən sonra biz oyunu yalnız hücumda keçirdik. Futbolçularım qələbə qazanmaq üçün əllərindən gələni etdilər. Sonda lazım olan qolu vura bilmədik. Futbolda belə hallar olur.

Oyunçuların yanaşması fərqli idi, sona qədər qələbə qazanmaq istəyirdilər. Məyusuq ki, qalib gələ bilmədik. Rəqib komanda şəklində çox yaxşı müdafiə olundu. Futbolçularıma deyəcəyim bir sözüm yoxdur.

- D Liqasına yuvarlanmaq sizin üçün faciə sayılacaq?

- Əlbəttə. D Liqasına düşmək istəmirdik. Təəssüf ki, belə oldu. Son oyunlarda komandanın performansı göstərir ki, düzgün yoldayıq. Sonuncu pillədə olmağımız ürəkaçan deyil.

- Beş oyuna ərzində xal itkilərinin səbəbi nədir?

- Son 3 matçda rəqiblərdən daha yaxşı oynamışıq. Müdafiədəki səhvlərimizdən qollar buraxmışıq. Bu gün isə müdafiə xətti səhvsiz oynadı. Bugünkü matçda çatışmayan qol idi.

Əvvəlki oyunlarda isə qol vura bilirdik. Futbolçular əllərindən gələni etdilər.

- Növbəti matçda da qapıda Rza Cəfərovu görəcəyik?

- Əminliklə deyə bilərəm ki, görə biləcəksiniz.

- Ramilin əvəzinə meydanda başqa futbolçunu görə bilərik?

- Bu gün Ramil pis oynadı? Bu, sizin fikrinizdir.

- Qol vura bilməmək problemini necə həll edəcəksiniz?

- Bu gün Mahir Emreli yox idi, Renat Dadaşov isə zədəlidir. Bu iki futbolçu milli üçün çox önəmlidir. Musa neçə vaxtdır oynamırdı. Amma bu gün heç də pis təsir bağışlamadı. Hücum xəttində yaxşı oyunçularımız var. Çox təəssüf ki, hücumameyilli yarımmüdafiəçilər çempionatda oynamır. Klublarda əsasən bu mövqedə legionerlər çıxış edir. Əlimizdə olan materialla işləyəcəyik. Hücumçular üçün vacib amil qol vurmaqdır. Qol vuranda daha da yaxşı oynayırlar.

- AFFA rəhbəri olsaydınız, bu göstəricidən razı olardınız?

- Xeyr. Amma mən sırf bunun üçün dəvət edilməmişəm. Fikrimi bundan öncə daha ətraflı ifadə etmişəm. Bura gəlməkdə məqsədim odur ki, AVRO-2028-də çıxış etmək üçün komanda qurum. Belə şərt olmasaydı, bura gəlməzdim. Məni gətiriblər ki, bu layihənin bir hissəsi olum. İnanıram ki, istəyimizə nail olacağıq.

- Bədavi Hüseynovun kornerlər zamanı cərimə meydançasına daxil olmamasının səbəbi nə idi?

- Bu bizim strategiyamızın bir hissəsi idi. Estoniya millisi İsveçlə son matçda 3 oyunçu ilə cərimə meydançasına daxil olub qol vurdular. Bu amili nəzərə alıb belə taktika seçdik.

- Gələcək üçün nəyə ümid etməliyik?

- Mən sizə ümid vermirəm. Bura bir layihəni icra etməyə gəlmişəm. Bunun da qaydası var.

Məqsədimiz qarşıdakı 4-5 ildə mübariz Azərbaycan millisi qurmaqdır. Eyni zamanda da məqsədimiz oyunçu yetişdirməkdir. Hər dəfə daha yaxşı heyət qurmağa çalışırıq. Milliyə gənc oyunçular dəvət edirik. Dünyada bütün millilər bu yolu gedirlər. Əgər biz bu yoldan çıxsaq, səhv edərik. Federasiya rəhbərliyi ilə birlikdə, hamılıqla bunun üzərində işləyirik. Başqa yolu legioner futbolçuları milliləşdirməkdir.

- Biz bu yolu keçmişik, amma nəticə olmayıb...

- Nəticə verməyibsə, digər yolu keçməliyik. Portuqaliya millisi Avropa çempionu olanda da bizim getdiyimiz yolu seçmişdik. Sizə Gürcüstan millisi haqda nümunə gətirim. 10 il əvvəl bu layihə ilə başlayıblar. Azərbaycanda yaxşı oyunçular var. Onlar çox yaxşı texniki keyfiyyətlərə malikdir. Bunu komanda şəklində etməyə çalışmalıyıq. İnanın ki, zərrə qədər də şübhəm yoxdur. Başqa yolu seçsək, bir oyun qələbə qazanacağıq, bir oyun məğlub olacağıq.

- Növbəti mövsümdə San Marino, Cəbəllütariq kimi millilərlə oynayacağıq. Belə zəif rəqiblərlə qarşılaşmaq sizin dediyiniz layihənin həyata keçməsi üçün nə dərəcədə fayda verəcək?

- Millinin oyunları hər ay olmur. Növbəti matçlarımız mart ayında olacaq. Rəqibin zəif və ya güclü olması fərq etmir. Azərbaycan milisi sonuncu dəfə Monqolustana qalib gəlib. Ən azından bu yadda qələbə kimi qalıb. Qarşıda bizim dünya çempionatını seçmə mərhələsi gözləyir.

Orada da güclü rəqiblərlə qarşılaşacağıq.

- Futbolçularımız legioner həyatı yaşamağa istəkli görünmür. Bu yöndə onlarla söhbətiniz olur? Millimizin üzvlərini Avropa klublarına məsləhət görürsünüz?

- Əlimdən nə gəlirsə, onu da edəcəyəm. 10 il qabaq Gürcüstan millisinin üzvləri də milli çempionatda çıxış edirdilər. Gürcüstan yığması komanda şəklində inkişaf etməyə başladı.

Daha güclü çempionatda oynamaq futbolçular üçün çox vacibdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

NATO-dan İrana sərt xəbərdarlıq: Avropanı vursa...

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Ukraynanın paytaxtı Lvova köçürülə bilər

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Naxçıvanda avtomobil iki motosikletlə toqquşdu - FOTO

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Sabirabadda KURYOZ OLAY: oğul toyuq üstündə anasını döydü

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

Azərbaycan həndbolunu "Kür" təmsil edəcək

RONALDO Corcina ilə tanışlığından danışdı

RONALDO Corcina ilə tanışlığından danışdı

Fərhad Ələkbərov müdir təyin olundu

Fərhad Ələkbərov müdir təyin olundu

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Azərbaycandan Gürcüstana gedən yük qatarında yanğın olub - FOTO

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Makron "yardımlı ölüm" qanununu təsdiqlədi

Tovuzda qəza: Xəsarət alanlar var

Tovuzda qəza: Xəsarət alanlar var

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

Bakıda kabab evində at DNT-si aşkarlandı - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

68 şəhid ailəsi və müharibə əlili mənzillə təmin olundu - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstəyini davam etdirir - FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Azərbaycandan tranzit keçməklə Ermənistana buğda GÖNDƏRİLDİ

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Pakistan hökuməti İmran Xanla bağlı qərara etiraz etdi

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

Rusiya Gürcüstandan kartof idxalını dayandırdı

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

İxtisas seçiminin nəticələri nə vaxt AÇIQLANACAQ?

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Bu il məktəbli yarmarkaları təşkil ediləcək? - Rəsmi AÇIQLAMA

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Türkiyədə tanınmış din xadimi və həyat yoldaşı saxlanıldı- Fotolar

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Azərbaycan və Qazaxıstan müdafiə sahəsində əməkdaşlığı genişləndirir - FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Bu toyuq kəsim müəssisəsinin fəaliyyəti məhdudlaşdırıldı – FOTO

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Rusiya əhalisi pullarını kütləvi şəkildə banklardan çəkir – Likvidlik böhranı başlayıb

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Naxçıvan DOST Mərkəzindən 300 vətəndaş faydalandı

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

Tarixin izindən gələcəyə – Yuşenkonun Bakı səfərinin SİMVOLİK MESAJI – VİDEO

End of content

No more pages to load

RADİO