UEFA, yoxsa MAFİYA? — Avropanın türk düşmənçiliyi…

Avropa üzrə futbol çempionatı Azərbaycanda, həm də bütün türk dünyasında məhz qardaş Türkiyənin iştirakına görə maraqla izlənilir. Çünki Türkiyə komandası təkcə öz ölkələrini deyil, bütün türk dünyasını təmsil edir. Bura İslam dünyasını da əlavə etsək, Türkiyənin təmsilçilik coğrafiyası daha da genişlənir. Əminliklə deyə bilərik ki, bütün Türk və İslam dünyası Türkiyənin qələbəsi naminə bu çempionata azarkeşlik edir.  

Türkiyənin 1/8 finalda Avstriya ilə qarşılaşması çempionatın ən dramatik oyunu hesab edilə bilər.

Çünki favorit Avstriya hesab olunurdu, çempionatdan öncə bu ölkənin komandası Türkiyə millisini böyük hesabla məğlub etmişdi. Lakin oyun “futbolda son dəqiqəyə qədər heç nəyi dəqiq demək mümkün deyil” deyimini təsdiq etdi və qardaş Türkiyənin millisi tarixi qələbə qazandı. Oyunda Türkiyə millisinin əzmkarlığı, sona qədər döyüşməsi xüsusilə seçilirdi.

Bununla yanaşı, stoper olan Merih Demiralın dubl etməsi diqqət çəkdi. Adətən böyük çempionatlarda stoperlərin qol vurması, hətta dubl etməsi nadir hallarda baş verir. Demiral bunu edərək, adını futbol tarixinə yazdırdı, həm də komandasına qələbə qazandırdı. 

Oyundan sonra əsas müzakirə mövzusu Demiralın qol vurduqdan sonra sevincini “Bozqurt” işarəsi ilə qeyd etməsi idi. Avstriyada hələ 2019-cu ildə “Bozqurt” işarəsi “ultra-millətçilik” simvolu kimi qadağan edilib.

Belə fikirlər var ki, Demiral da məhz buna işarə vurub. Avstriya bu işarəyə görə Demiraldan UEFA-ya şikayət edib.  

Məlumtlara görə, UEFA Merih Demirala Bozqurd işarəsinə görə 2 oyunluq cəza verib. Bu o deməkdir ki, Merih Türkiyə üçün ən vacib oyunda meydana çıxa bilməyəcək. Təbii ki, belə bir hal Türkiyə üçün böyük itkidir. Görünür, Avstriya məğlubiyyətin acısını bu cür çıxarmaq istəyib.

Bəs UEFA niyə belə qərar verir?  

Axı Merihin göstərdiyi “Bozqurd” işarəsində heç bir problem yoxdur. Yaxud da oyun bu işarənin qadağan olunduğu Avstriyada yox, Almaniyada keçirilir və məntiqlə Demiral çempionatın keçirildiyi ölkənin qanunlarını pozmayıb. 

Axı UEFA niyə Merihi cəzalandırmalıdır?  

İdman tarixində dəfələrlə müxtəlif mesajlar verilib və Merih nə birincidir, nə də axırıncı olacaq. Demiral nə oyun qaydalarını pozub, nə Almaniya qanunlarını, nə də hansısa qərarlara qarşı çıxmayıb. UEFA-nın belə bir qərar verməsinin arxasında yalnız bir səbəb ola bilər. Bu da Türk dümənçiliyidir.  

Təsadüfi deyil ki, 1/4 finalda keçiriləcək Türkiyə-Hollandiya oyununa UEFA məhz fransalı hakim təyin edib. Bu artıq həmin oyunda hakimin ədalətli olacağını sual altına qoyur.  Çünki Fransa da Türk düşmənçiliyi geniş yayılıb. Bu azmış kimi, UEFA rəsmi saytından da Türkiyənin adını silib.

Bir “Bozqurd” işarəsinə görə, bu qədər düşmənçilik edilməsi yalnız və yalnız Türkfobiya və İslamafobiyadan qaynaqlana bilər. Bunun başqa adı yoxdur.

Ancaq UEFA unutmamalıdır ki, Türkiyəyə qarşı edilən haqsızlıq bütün Türk dünyasına və İslam dünyasına edilən haqsızlıq kimi qəbul ediləcək. Bu isə Türk və İslam dünyasında Avropa çempionatına baxışı da azaldacaq, UEFA-nın onsuz da korlanmış imicini daha da psiləşdirəcək. Qardaş Türkiyə millisi bu çempionatda 85 milyonu yox, bütün Türk və İslam dünyasında sayı bir milyardan çox olan insanları təmsil edir! (Mənbə: demokrat.az) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

2027-ci ildə bu bürcdən olan subayları sevindirəcək PROQNOZLAR

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

Azərbaycan və İsrail arasında mina təhlükəsi ilə mübarizədə əməkdaşlıq müzakirə edildi - FOTO

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

End of content

No more pages to load

RADİO