“Kəpəz”i Liqamızın ən dəyərsiz klubuna çevirən SƏBƏBLƏR – Kluba niyə sponsor TAPILMIR?

Bu günlərdə oxuduğum məlumat bir gəncəli futbolsevər kimi məni də məyus etdi. Bir zamanlar Azərbaycan futbolunun beşiyi hesab olunan, ölkə futboluna böyük simalar bəxş edən, 3 dəfə liqa çempionu, 4 dəfə ölkə kubokunun qalibi olmuş bir peşəkar klub hazırda dəyərinə görə bütün klublardan ən aşağıda, hətta son pillədə dayanır. 

Maddi dəyərsiz klub

Belə ki, tanınmış “Transfermarkt” saytı Azərbaycan Premyer Liqasının 2023-2024 mövsümünün startı ərəfəsində klubların dəyərini elan edib.  

Siyahıya əsasən, “Kəpəz” sonuncu yerdə qərarlaşıb. “Sarı-göy” lərin hazırkı dəyəri  2,48 milyon avro təşkil edir. Bəlkə də günümüzdə bu rəqəm daha aşağıdır. Siyahıda ilk üç yeri müvafiq olaraq, “Neftçi” (14,8 milyon avro), “Qarabağ” (12,9 milyon) və “Sabah” (11,23 milyon) klubları paylaşır. 

Əlbəttə, bu gün Azərbaycan klublarının 10 milyondan yuxarı dəyəri olması hamı kimi məni də çox sevindirir. Lakin ölkə futbolunun peşəkarlarının olduğu şəhərin komandasının bu gün acınacaqlı vəziyyətdə olması sanki heç kəsi qayğılandırmır. 

Bu gün desək ki, “Kəpəz”ə klub rəhbərliyi tərəfindən lazımi şərait yaradılmır, bu çox yalnış fikir olar. Klubun rəhbərliyi imkanlarına uyğun, AFFA-nın da dəstəyi ilə Kəpəzin çempionatda çıxışı üçün minimum şərtlər daxilində nələrisə etməyə çalışır. Bu yaxınlarda bərbad vəziyyətdə olan stadionun ot örtüyü də dəyişdirildi. Klubda yeni Futbol Akademiyası da inşa edilərək istifadəyə verildi.  

Burada yeniyetmələrin futbol biliklərinin dərinliklərinə yiyələnməsi üçün hər bir şərait yaradılıb. Hətta stadion daxilində iki yardımçı meydança da demək olar ki, hazırdır. Amma bu deyilənlər gələcəyə hesablanan plan, itib batmaqda olan Gəncə futboluna yenidən nəfəs verərək yaxın 10 il üçün planlaşdırılan bir layihədir. 

Bəs bu gün necə?  

Bu sadalananlar isə kifayət deyil, çatışmazlıqlar qalmaqdadır. Hazırda bu böyüklükdə klubun avtobusu belə yoxdur. Bu gün sosial şəbəkələrdə “Kəpəz”in sadiq azarkeşləri, hətta tanınmış futbol veteranları belə doğma komandalarının acınacaqlı vəziyyəti, klub daxilində çəkişmələr, qeyri-peşəkar idarəçiliklə bağlı problemlərin olduğunu iddia edir. Hətta son günlər bu klub rəhbərliyinin kütləvi istefaya səslənməsi məsələsi də gündəm olub.   

Azərbaycan futbolunda öz sözünü demiş, bir zamanlar Kəpəzin heyətində böyük uğurlara imza atmış, bu gün Gəncədə uşaq futbolunun inkişafına can atan Firuz Qulami də klub rəhbərliyinin səriştəsizliyini komandanın əsas problemi kimi görür. 

O, sosial şəbəkələrdə, mətbuata verdiyi açıqlamalarda Kəpəzin bu vəziyyətə düşməsində, uşaq futbolunun acınacaqlı durumda olmasında klub rəhbərliyini günahkar bilir. Bu fikirlə razılaşan azarkeşlərin sayı da az deyil. Lakin bəzi azarkeşlər komandanın hələ tam formalaşmadığını söyləyirlər. 
Komandanın baş məşqçisi, idman karyerasının çox hissəsinin Gəncə futboluna xərcləyən Azər Məmmədov da komanda da maliyyə problemlərinin olduğunu, lazım olan futbolçuların zamanında dəvət oluna bilinmədiyini etiraf edir. Onun sözlərinə görə təklif olunan büdcəyə uyğun da komanda formalaşdırılıb.  

Stadion problemi də həllini tapdı

Bu günlərdə Prezident İlham Əliyev Gəncə şəhər stadionunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Dövlət başçısının diqqət və qayğısı sayəsində klubun stadionla bağlı problemi köklü həllini tapdı. Bu il də olmasa gələn ilin sonuna qədər komanda yeni, müasir stadionda oyunlarını keçirə biləcək. Artıq klubun akademiyası da tikilib, hazır olmaq üzrədir. İndi qalır komandaya normal bir sponsor tapmaq və düzgün idarəçilik. 

Bax bu məsələ də həllini tapsa, komanda 1-ci diviziona düşməkdən qurtulacaq. Düzdür, bu gün komandanın vəziyyətdən çıxacağına, özünü toparlayaraq qələbələrlə azarkeşləri sevindirəcəyinə dair vədlər verilir. Lakin bütün bunlar sözlərdir. Görünəni isə odur ki, komanda ardıcıl 4 oyunda evdə, doğma azarkeşlər qarşısında uduzub və azarkeşlərini məyus edib. 

Sponsor tapılmasa...

Araşdırmalarımız onu göstərir ki, bu komandada baş məşqçinin kim olmasından asılı olmayaraq vəziyyətin düzəlməsi üçün kluba normal sponsorun cəlb olunmalıdır. Hazırda komandanı peşəkar futbolçularla zənginləşdirmək lazımdır ki, yaxşı oyun nümayiş etdirmək mümkün olsun. 

Bununla bağlı olaraq, sosial şəbəkələrdə “Kəpəz”in sadiq azarkeşlərindən birinin paylaşımı diqqətimizi cəlb etdi.

O, qeyd edir ki, ötən il komandanın heyətində  “Kəpəz”in uğurları üçün çalışmış futbolçulardan Elçin Əlicanov, Yeqor Xvalko, Şaybo, U-21-ə dəvət almış Mahir Həsənov, Abdulla Rzayev, Fərid Nəbiyev, onun qardaşı Yusif Nəbiyev, qapıçı Orxan Sadıqlı və digərləri indi başqa klublarda mübarizə aparırlar.
Ümid edirik ki, “Kəpəz”in sponsor problemi də yaxın vaxtlarda həllini tapacaq.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

End of content

No more pages to load

RADİO